Cərrahi xəstəliklərin müalicəsi üçün müxtəlif cərrahiyyə növləri istifadə olunur. Əməliyyatlar minimal invaziv (laparoskopik) və ya açıq cərrahiyyə ola bilər. Hər bir cərrahi xəstəliyin müalicəsi onun növünə, ciddiyyətinə və xəstənin ümumi sağlamlıq vəziyyətinə əsasən təyin edilir.
Bizimlə əlaqə
Cərrahi xəstəliklərin müalicəsi üçün müxtəlif cərrahiyyə növləri istifadə olunur. Əməliyyatlar minimal invaziv (laparoskopik) və ya açıq cərrahiyyə ola bilər. Hər bir cərrahi xəstəliyin müalicəsi onun növünə, ciddiyyətinə və xəstənin ümumi sağlamlıq vəziyyətinə əsasən təyin edilir.
Xidmətlər
Uşaq Cərrahiyyəsi
Uşaqlarda rast gəlinən xəstəliklər gedişinə görə böyüklərdən fərqlənir. Uşaqlar böyüklərin kiçilmiş modeli deyildir. Üstəlik uşaqlıq dövründə müşahidə olunan xəstəliklər də yaşa görə müxtəliflik göstərə bilir. Bu səbəbdən uşaqlıq dövrü daxili xəstəlikləri uşaq həkimləri tərəfindən müalicə edildiyi kimi, uşaqlarda döş qəfəsi, qarın boşluğu və sidik-ifrazat sisteminin cərrahi müalicə tələb edən bütün xəstəlikləri də ixtisaslaşmış mütəxəssslər olan uşaq cərrahları tərəfindən müayinə və müalicə edilməlidir.
DTX Uşaq Cərrahiyyəsi şöbəsində hər növ uşaqlıq dövrü cərrahiyyə əməliyyatlarını həyata keçirə biləcək, öz sahəsində mütəxəssis olan cərrahlar fəaliyyət göstərir.
Xəstəlik əlamətləri:
Spina bifidaya bağlı hidrosefaliya
Uşaqlarda sidik qaçırtma
Uşaqlarda qarın ağrısı
Uşaqlarda qasıqda şişlik
Uşaqlarda xayaların yerində olmaması
Onurğanın açıqlığı
Xəstəlik və müalicəsi:
Uşaqlarda qasıq yırtığı
Hipospadiya (peyğəmbər sünnəti)
Enməmiş xayalar (kriptorxizm)
Spina bifida
Sünnət
Faydalı məlumatlar:
Yenidoğulmuşların sünnəti necə həyata keçirilir
Yenidoğulmuş sünnət sonrası
Yeniddoğulmuşların sünnət edilməsinin üstünlüyü nədir
İkinci hamiləlikdə spina bifida riskini azaltmaq üçün nələr etmək olar
Yenidoğulmuşların sünnət edilməsi üçün ən əlverişli vaxt nə zamandır
Hamiləlikdə fol turşusu qəbulu və spina bifida
Sünnət ilə bağlı faydalı məlumatlar
Qulaq Burun Boğaz
Neyrocərrahiyyə baş beyin, onurğa beyni, sinirlər və bu sistemə bağlı törəmələrin cərrahi (əməliyyat tələb edən) xəstəlikləri ilə məşğul olan tibb sahəsidir.
DTX Hospital neyrocərrahiyyə şöbəsi baş və onurğa beyin xəstəliklərinin diaqnostika və müalicəsi ilə bağlı hərtərəfli xidmət göstərməkdədir.
Beyin cərrahiyyəsi əməliyyatları navigasion, stereotaksik, mikrocərrahi, endoskopik, mikroelektrod qeyd, Maqnit rezonans tomoqrafiya, digital serebral angioqrafiya (DSA) kimi texniki imkanlar və minimal invaziv metodlar tətbiq edilərək gerçəkləşdirilir.
Şöbəmizdə beyin cərrahiyyəsi xidməti günün hər saatında təmin edilir və bütün imkanlar, təcili şərtlərdə belə, əksiksiz olaraq xəstələrimizə təqdim olunur.
Əməliyyatdan əvvəl və əməliyyat sonrası bütün prosedurlar, dəstək xidmətləri və xəstəyə nəzarət bu sahədə xüsusi təhsil almış heyət tərəfindən həyata keçirilir. Əməliyyatdan əvvəl sistem, nevroloji və radioloji müayinə metodlarının zənginliyi və əməliyyat sonrası təkmilləşdirilmiş xüsusi qulluq bölmələri göstərdiyimiz xidmətin keyfiyyətini artıran digər vacib ünsürlərdir.
Komandamız hər xəstəyə individual yanaşır və onun xəstəliyə qədərki durumunda evinə və işinə qayıtması üçün əlindən gələni əsirgəmir.
Neyrocərrahiyyə şöbəmizdə:
Beyin şişlərinin stereotaksik və mikrocərrahi müalicəsi
Beyin damar xəstəliklərinin və qanaxmalarının müalicəsi
Hərəkət pozulmaları
Parkinson xəstəliyinin cərrahiyyəsi
Epilepsiya cərahiyyəsi
Travma cərrahiyyəsi
Hipofiz cərrahiyyəsi
Hidrosefaliya əməliyyatları başda olmaqla beynin bütün cərrahi əməliyyatları
Onurğa beyni xəstəliklərinin diaqnostika və müalicəsi üzrə xidmətlər həyata keçirilir
Xəstəlik əlamətləri:
Ayaqlarda boşalma hissi
Baş ağrıları
Başgicəllənmə
Bayılma(sinkopa)
Bel ağrısı
Boyun ağrısı
İkigörmə
Müvazinətin pozulması və ya itməsi
Əldə və qolda hissiyyatın pozulması və ya keyləşmə
Tranzitor işemik atak əlamətləri
Qollarda gücsüzlük
Nitqin pozulması
Yaddaş pozulması
Xəstəliklər və müalicəsi:
Alzheimer xəstəliyi
Bayılmanın müalicəsi
Beyin damarlarının anevrizması
Kəllədaxili və beyindaxili qansızmalar
Beyin və onurğa beyni şişləri(neyroonkologiya)
Epilepsiya
Funksional neyrocərrahiyyə və stereotaksis
Hipofiz əməliyyatları
İnsult (iflic)
Normatenziv hidrosefaliya
Hidrosefaliya əməliyyatları
Neyrovaskulyar xəstəliklər
Parkinson xəstəliyi
Pediatrik neyrocərrahiyyə
Spinal və periferik sinir cərrahiyyəsi
Sinir sisteminin anadangəlmə inkişaf qüsurları
Kəllə travmaları
Kraniostenoz əməliyyatları
Onurğa sütunu xəstəliklərinin cərrahiyyəsi
Faydalı məlumatlar:
Yaşlılarda travma
Kəllə travmaları
Endoskopik yırtıq əməliyyatı
Alzheimer ilə yaşam
Parkinson xəstəliyi “beyin batareyası”
İflic və insult nədir
EMG nədi? EMG müayinəsindən əvvəl nələrə diqqət etmək lazımdır
Epilepsiya nədir?
Qulaq Burun Boğaz
DTX Hospital Qulaq Burun Boğaz Şöbəmizdə eşitmə və nitq, burun və sinus, müvazinət pozulması, boğaz xəstəliklərinin diaqnostika və müalicəsi ilə yanaşı bu nahiyədəki şişlərin cərrahiyyəsi həyata keçirilir.
Mərkəzimizdə burun və sinus xəstəlikləri ən çox müalicə etdiyimiz xəstəliklər arasında xüsusi yer tutur. Xəstələrimiz endoskopiya, KT(kompüter tomoqrafiya) və allergiya testləri də daxil olmaqla bir çox kliniki və radioloji müayinələrdən keçirilir və nəticələrə müvafiq tibbi və/ və ya cərrahi müalicə planı seçilir. Burun və sinus əməliyyatları ilə yanaşı bir sıra xoruldama və yuxu apnoesi problemlərinin də cərrahi müalicəsi həyata keçirilir.
Klinikamızda eşitmə və nitq problemlərinin də diaqnostika və müalicəsi həyata keçirilir. Belə ki səs telləri ilə bağlı cərrahi müdaxilələr vasitəsilə bir çox nitq pozulmalarını aradan qaldırmaq mümkündür. Bundan başqa vertigo başda olmaqla daxili qulağa bağlı müvazinət pozulmalarının, həmçinin laringit, faringit, badamcıqların iltihabı kimi xəstəliklərin müayinə və müalicəsini də həyata keçirilir.
Xəstəlik əlamətləri:
Başgicəllənmə
Boğaz ağrısı
Burun tıxanıqlığı
Burun və burun arxası axıntıs
Eşitmə zəifliyi
Qulaq ağrısı
Qulaqlarda küy
Səsin batması
Göz xəstəlikləri
DTX Hospital Göz xəstəlikləri Şöbəmiz göz xəstəlikləri və görmə pozulmalarının müalicəsində dünyadakı son yeniliklərə paralel olaraq zəngin texniki baza və təchizatla xidmət göstərir.
Göz xəstəlikləri şöbəmizdə excimer laser və lasik ilə miopiya, astiqmatizm, hipermetropiya kimi patologiyaların müalicəsi həyata keçirilir. Fakoemulsifikasiya (FAKO) cihazı ilə də katarakta müalicəsi aparılır.
DTX Hospital Göz xəstəlikləri Şöbəmizdə aşağıdakı əməliyyatlar icra olunur:
Katarakt (mirvari suyu) cərrahiyyəsi
Çəpgözlüyün diaqnostikası və müalicəsi
Okuloplastika, orbita xəstəliklərinin diaqnostikası
Okuloplastika sahəsində əməliyyatlar:
DSR (Dakriosistorinostomiya)
Probing
Göz qapağı patalogiyalarının cərrahiyyəsi (ektropion, entropion, xalazion, blefaroplastika, üst və alt qapağın xoşxassəli və bədxassəli şişlərinin əməliyyatı, rekonstruksiyası, oriblefaron, epiblefaron, trikiyazis, tarsorafi)
Ptozis (göz qapağı enməsi) cərrahiyyəsi:
Travma sonrası göz qapaqlarının rekonstruksiyası
Estetik və müalicə məqsədi ilə botoks inyeksiyası
Tiroid orbitopatiyalı xəstələrin diaqnostikası və müalicəsi
Orbitanın iltihabi xəstəliklərinin diaqnostikası və cərrahiyyəsi
Travmatologiya və Ortopediya
Travmatologiya və ortopediya sümük, əzələ, qığırdaq, vətər, bir sözlə “dayaq-hərəkət sistemi” adlandırdığımız sistemi təşkil edən bütün toxumaların xəstəliklərinin diaqnostika və müalicəsi ilə məşğul olan tibb sahəsidir. Bu xəstəliklər anadangəlmə ola bildiyi kimi, sonradan yaranan, yəni qazanılma da ola bilir. Ortopediya bölməsi travma olmadan və ya travmadan illər sonra yaranan xəstəliklərlə, travmatologiya bölməsi isə travma sonrası yaranan sınıq və bağ zədələnmələri kimi xəstəliklərin dianqostika və müalicəsi ilə məşğuldur.
Caspian İnternational Hospital Travmatologiya və Ortopediya şöbəmizdə aşağıdakı patologiyaların müalicəsi uğurla həyata keçirilir:
Sınıqların müalicəsi və izlənməsi
Kəskin yumşaq toxuma tarvmaları(vətər qırılmaları, dəri və əzələ toxumas zədələnmələri)
İdman zədələnmələri və sınıqlar
Qığırdaq zədələnmələri
Bağ qırılmaları
Artroskopik meniskektomiya
Artroskopik menisk bərpası
Artroskopik rekonstruksion əməliyyatlar(bağ zədələnmələri)
Ayaq və topuq nahiyyəsinin degenerativ xəstəlikləri
Çiyin və dirsək oynağının artrozları
Təkrarlanan çıxıqlar
Gonartroz
Koksartroz
Yastıpəncəlik
Eksternal fiksatorlarla anadangəlmə əlilliklər, qol və ayaq qısalığı
Urologiya
Urologiya – sidik-ifrazat sistemi və kişi cinsiyyət sisteminin patologiyaları ilə məşğul olan tibb sahəsidir. Burada böyrəklər, sidik axarları, sidik kisəsi, sidik kanalı, prostat vəzi, toxum daşıyıcı axacaqlar, xayalar ilə bağlı itənilən patologiyalrın diaqnostika və müalicəsi aparılır. Caspian İnternational Hospital Urologiya şöbəsində xəstəni dinləyən, maarifləndirən və vəziyyətə uyğun çıxış yolları hasil edən mütəxəssis həkimlərimiz xəstənin şəxsi vəziyyətini də diqqətə alaraq müvafiq individual müalicə xidməti təqdim edirlər. Şöbəmizdə hər cür uroloji xəstəliyin diaqnostika və müalicəsini təmin edə biləcək mütəxəssis həkimlərimiz fəaliyyət göstərir. Klinikamızda böyrək, sidik axarları, sidik kisəsi və prostt vəzi xəstəlikləri, sonsuzluq kimi uroloji əməliyyatlar uğurla həyata keçirilir. Urulogiya ilə yanaşı urologiyanın dar ixtisaslaşmış sahələrində də əhatəli xidmət göstərmək üçün kifayət qədər bilik və təcrübəyə malik tibbi kadrımız mövcuddur. Urologiyanın xidmət göstərdiyimiz dar sahələri: Uşaq urologiyası Rekonstruktiv urologiya Uroloji onkologiya Uroginekologiya Neyrourologiya Endourologiya Robot urologiya Andrologiya (Cinsi fəaliyyət pozulmalarının diaqnostika və müalicəsi) Xəstəlik əlamətləri: Bel ağrıları Bulanıq sidik Haçalanmış sidik ifrazı Çox su içmə Gecə sidik ifrazı Göz qapaqlarında şişkinlik Sidik qaçırma (urinar inkontinans) Yandırıcı sidik ifrazı Sidikdə qan (Hematuriya) Prostat əlamətləri Tezləşmiş sidik ifrazı Xəstəlik və müalicəsi: Sidik yolları daş xəstəlikləri Adisson xəstəliyi Böyrək xərçəngi Böyrək daşı xəstəliyi Cinsi istəksizlik Epididimit Kişilərdə sonsuzluq (infertilite) səbəbləri İmpotensiya Sidik yolları infeksiyası Sidik qaçırma və müalicəsi Prostatın hiperplaziyası Uretrit Varikosele
Ümumi Cərrahiyyə
DTX Hospital Ümumi Cərrahiyyə Şöbəmizdə müasir tibb dünyasında qəbul və tətbiq edilən bütün üsullar xəstələrimizin xidmətinə təqdim edilir. Ümumi cərrahiyyə şöbəsi poliklinika və stasionar olmaqla iki hissəyə ayrılır. Təcili yardıma müraciət edən və cərrahi əməliyyata ehtiyacı olan xəstələrimizə 24 saat xidmət göstəririk.
Ümumi Cərrahiyyə şöbəmizin mütəxəssis həkimləri müraciət edən bütün xəstələrin ətraflı tibbi sorğu və müayinəsindən sonra lazımı əməəliyyat planını hazırlayıb həyata keçirilər.
Şöbəmizdə aşağıdakı xəstəliklərin müayinə və müalicəsi həyata keçirilir.
Yuxarı qastrointestinal sistem
QİST (qatsrointestinal stromal şiş)
Hiatal hernia (Mədə yırtığı)
Mədə xərçəngi
Mədə və onikibarmaq bağırsaq yırtığı
Qastrit
Mədə polipləri
Mədə və qida borusu qanaxmaları
Qida borusu xərçəngi
Aşağı qatsrointestinal sistem
Yoğun bağırsaq polipləri
Yoğun bağırsaq xərçəngi
Düz bağırsaq xərçəngi
Apendisit
Kron xəstəliyi
Xoralı kolit
Divertikullar
Nazik bağırsaq xərçəngi
Merkel divertikulu
Rektal prolaps
Anal nahiyyə xəstəlikləri
Fissura
Fistula
Hemorroy
Abses
Qaraciyər və öd kisəsi
Kəskin və xroniki pankreatit
Sarılıq (öd yollarının mexaniki obturasiyası)
Pankreas xərçəngi
Öd kisəsi daşları, iltihabı, polipləri
Laporoskopik cərrahiyyə
Endokrin cərrahiyyəsi
Süd vəzi cərrahiyyəsi
Videolar