Şəkər xəstələri üçün ən faydalı qidalar

10.05.2024

2

Sarımsaq: Təbii antioksidant olan sarımsağın faydalarını saymaqla bitmir. Qanı təmizləməsi və qaraciyərin ən yaxşı dostu olması ilə yanaşı, təzyiqi də tarazlaşdırır. Sarımsaq qan şəkərini aşağı salır və mədəaltı vəzindən insulin ifrazını azaldır. Bu səbəblə xüsusilə şəkər xəstələrinə gündə 3 diş çiy sarımsaq yemələri məsləhət görülür.
 
Süd: Süddə olan yağ turşuları qan şəkərini aşağı salan xüsusiyyətə malikdir. Hər səhər və axşam bir stəkan süd içmək qan şəkərini aşağı salır.
 
Ənginar: Qanda olan şəkərin yüksəlməsinin qarşısını alır. Bu səbəbdən ənginar şəkər xəstələrinin mətbəxində mütləq olmalıdır. Həmçinin xərçəng hüceyrələrini də məhv edir.
 
Darçın: Darçın şəkəri aşağı saldığı kimi insulini də aşağı salır. Şəkər xəstələri üçün təbii dərman kimidir. Ümumiyyətlə, çubuq darçını çaya töküb içmək faydalıdır.
 
Lobya: Lobya qlisemik indeksi ən aşağı olan tərəvəzdir. Bu səbəbdən lobya yeyəndə qan şəkəri qalxmır, hətta şəkəri tarazlıqda saxlayır. Bir sözlə, lobya şəkər xəstələri üçün ən mühüm qida maddələrindən biridir.
 
Yerfıstığı: Yerfıstığı qan şəkərinə qarşı olduqca təsirlidir. Xüsusən, yerfıstığı əzməsi qan şəkərini aşağı salan təsirə malikdir. Hər gün 1 xörək qaşığı yerfıstığı əzməsi yemək kifayətdir.
 
Çay: Aparılan araşdırmalar qara çayın qan şəkərini aşağı saldığını ortaya çıxarıb. Şəkər xəstələri gündə 3 fincan qara çay içməlidirlər.

Yulaf: Yulaf liflə zəngindir və qan şəkərini tarazlaşdırmağa kömək edir. Yulaf yeməkləri və yulaf ezməsini səhər yeməyinizdə istifadə etmək şəkər xəstələri üçün yaxşı seçimdir.

Kivi: Kivi lif və antioksidantlarla zəngindir. Qlisemik indeksi aşağıdır və qan şəkərini tarazlaşdırmağa kömək edə bilər. Gün ərzində qəlyanaltı kimi istehlak edilə bilər.

Qarağat: Qarağat C vitamini ilə zəngindir və qan şəkərini aşağı salmağa kömək edə bilər. Bu meyvəni salatlarda və ya təbii şirələrdə istifadə edərək faydalanmaq olar.